Yuxarı
    Bağlamaq

    Türkiyə yığma komandasının yeni baş məşqçisi müəyyənləşib

    “Ay-ulduzlular”ın sükanı arxasına rumıniyalı mütəxəssis Mirça Luçesku gətirilib

    Bakı. 2 avqust. REPORT.AZ/ Futbol üzrə Türkiyə yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. 

    "Report" Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, “ay-ulduzlular”ın sükanı arxasına rumıniyalı mütəxəssis Mirça Luçesku gətirilib.

    Avqustun 4-də onunla 2+1 illik rəsmi müqavilə imzalanacaq. 

    Qeyd edək ki, M.Luçesku əvvəllər Türkiyədə “Qalatasaray” və “Beşiktaş” klublarının baş məşqçisi işləyib. 

    Xatırladaq ki, iyulun 26-da futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim vəzifəsindən istefa verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi