Türkiyə Superliqası: "Beşiktaş" səfərdə məğlub olub

Türkiyə Superliqası: "Beşiktaş" səfərdə məğlub olub Bakı. 18 mart. REPORT.AZ/ Türkiyə Superliqasında 26-cı turun oyunu keçirilib.
Futbol
18 Mart , 2018 23:53
Türkiyə Superliqası: Beşiktaş səfərdə məğlub olub

Bakı. 18 mart. REPORT.AZ/ Türkiyə Superliqasında 26-cı turun oyunu keçirilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" səfərdə "Başakşehir"lə qarşılaşıb.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu hollandiyalı Elya vurub. Matçın 62-ci dəqiqəsində isə Cunior Kaysara ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu qələbədən sonra "Başakşehir" 53 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Qalatasaray"la xal fərqini 1-ə endirib.

"Beşiktaş" isə 50 xalla 3-cu yerdədir.

Son xəbərlər

Orphus sistemi