Yuxarı

​Türkiyə Superliqası: "Beşiktaş" ikinci pilləyə yüksəldi

Qara qartallar turun son oyununda Gənclərbirliyinə qalib gəliblər

Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 26-da futbol üzrə Türkiyə Superliqasında 17-ci tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son matçında "Gənclərbirliyi" doğma divarlar arasında "Beşiktaş"ı qonaq edib.

Görüş "Qara qartallar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Demba Ba və Olcay Şahan fərqlənib.

"Beşiktaş" qələbə sayəsində xallarının sayını 38-ə çatdırıb və eyni xala malik "Qalatasaray"ı qabaqlayaraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Turnir cədvəli:

1."Fənərbağça" - 39

2. "Beşiktaş"- 38

3. "Qalatasaray" - 38

4."Bursaspor" - 29

5."İstanbul BB" - 28

6."Trabzonspor" - 26

7."Qaziantepspor" - 24

8."Mersin İdman Yurdu" - 23

9."Kasimpaşa" - 23

10."Gənclərbirliyi" - 22

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi