Türkiyə Super Liqasının ən çox qol vuran komandası maraqlı addım atıb

Türkiyə Super Liqasının ən çox qol vuran komandası maraqlı addım atıb Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin Kasımpaşa futbol klubu maraqlı addım atıb.
Futbol
12 Dekabr , 2018 20:13
Türkiyə Super Liqasının ən çox qol vuran komandası maraqlı addım atıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin "Kasımpaşa" futbol klubu maraqlı addım atıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bütün futbolçuları ilə müqaviləni 2021-ci ilə qədər uzatdığını açıqlayıb.

Bildirilib ki, cari mövsümdə Türkiyə Super Liqasının ən çox qol vuran və ən az kart görən komandası artıq azarkeşinə daha gözəl futbol üçün enerjisini xərcləyəcək.

Qeyd edək ki, "Kasımpaşa" 15 oyundan sonra turnir cədvəlində 26 xalla ikinci pillədə qərarlaşıb. Mustafa Denizlinin baş məşqçilik etdiyi kollektiv 15 tur ərzində 31 qol vurub.   

Son xəbərlər

Orphus sistemi