Yuxarı

​Türkiyə Super Liqasında II tura yekun vurulacaq

Turun son oyununda Qalatasaray və Osmanlıspor üz-üzə gələcək

Bakı. 24 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Türkiyə Super Liqasının II turuna yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyunu İstanbulda keçiriləcək.

"Qalatasaray" doğma azarkeşlər önündə "Osmanlıspor"u qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Qeyd edək ki, "Qalatasaray" və "Osmanlıspor" komandaları hazırda 1 xalla turnir cədvəlinin 12 və 13-cü pilləsində qərarlaşıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi