Türkiyə Super Liqası: "Qalatasaray" və "Fənərbağça" 2017-2018 mövsümündə ilk dəfə qarşılaşacaq

Türkiyə Super Liqası: "Qalatasaray" və "Fənərbağça" 2017-2018 mövsümündə ilk dəfə qarşılaşacaq IX turun görüşü "Türk Telekom" stadionunda oynanılacaq
Futbol
22 Oktyabr , 2017 11:04
Türkiyə Super Liqası: Qalatasaray və Fənərbağça 2017-2018 mövsümündə ilk dəfə qarşılaşacaq

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" və "Fənərbağça" klubları 2017-2018 mövsümündə ilk dəfə üz-üzə gələcəklər. 

"Report"un məlumatına görə, IX tura təsadüf edəcək qarşılaşma "Türk Telekom" stadionunda oynanılacaq.

Bakı vaxtı ilə saat 20:30-da başlanacaq matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Hazırda "Qalatasaray" 8 oyundan 22 xalla liderdir. "Sarı-qırmızılar" hələ məğlub olmayıblar. "Fənərbağça" isə 14 xalla 5-ci pillədə qərarlaşıb.

Bu, iki komanda arasında 386-cı görüş olacaq. 17 yanvar 1909-cu ildə keçirilmiş ilk derbidə "sarı-qırmızılar" qalib gəlib - 2:0. Lakin sonrakı 385 matçın 146-da "Fənərbağça", 123-də "Qalatasaray" qələbə qazanıb. 116 oyunda isə heç-heçə qeydə alınıb. "Fənər"in 532 qoluna "Cim-Bom" 482 qolla cavab verib.

Görüşlərdən 120-si isə Türkiyə çempionatına təsadüf edib. Burada da "sarı-lacivərdlilər" qələbələr nisbətində (50:33) və top fərqində (154-116) öndədirlər.

Son 10 görüşə gəldikdə, "Fənərbağça" 4, "Qalatasaray" 3 qələbə qazanıb. Üç oyunda isə qalib müəyyənləşməyib. 

Son xəbərlər

Orphus sistemi