Türkiyə Super Liqasının növbəti turu "Fənərbağça"ya görə təxirə salınıb

Türkiyə Super Liqasının növbəti turu "Fənərbağça"ya görə təxirə salınıb Buna İstanbul komandasını aparan avtobusun Trabzonda hücuma məruz qalması səbəb olub
Futbol
6 Aprel , 2015 19:00
Türkiyə Super Liqasının növbəti turu Fənərbağçaya görə təxirə salınıb

Bakı. 6 aprel. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının növbəti turu bir həftəyədək təxirə salınıb. "Report"un məlumatına görə, buna "Fənərbağça"nın "Rizəspor"a 5:1 hesabı ilə qalib gəldiyi səfər matçından sonra İstanbul komandasını aparan avtobusun Trabzonda hücuma məruz qalması səbəb olub.

Gənclik və idman naziri Suat Kılıç, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və klub prezidentlərinin birgə toplantısında belə qərar verilib.

Qeyd edək ki, daha öncə "Fənərbağça"nın aprelin 7-də "Mersin İdman Yurdu" ilə keçirəcəyi Türkiyə Kuboku matçı da təxirə salınmışdı. 

Son xəbərlər

Orphus sistemi