Yuxarı

Türkiyə Super Liqası ​Azərbaycanda yayımlana bilər

Super Liqa klubları Super Liqa A.Şni yaratmağa hazırlaşır

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyə Klublar Birliyinin yeni planları məlum olub. "Report"un məlumatına görə, oyunların yayım hüququnun satışından ən azı 1.5 dəfə artıq xeyir götürmək istəyən Super Liqa klubları "Super Liqa A.Ş" yaratmağa hazırlaşır.

Bundan sonra isə Klublar Birliyinin adı dəyişdirilərək Futbol Birliyi olacaq və buradan aşağı dəstələrdə peşəkar futbolla məşğul olan klublar da yararlana biləcək. Hədəf isə Super Liqanın yayım hüquqlarını islam ölkələrinə, o cümlədən Azərbaycan və digər türk dövlətlərinə satmaqdan ibarətdir. Təkcə teleyayımın satışı ilə kifayətlənməyən Futbol Birliyi yayımın həyata keçiriləcəyi ölkələrdə bütün Super Liqa komandalarının formalarının olduğu mağazalar açmaq niyyətindədir. 

Qeyd edək ki, "Super Liqa AŞ"ni 5 nəfərdən ibarət Futbol Liqası İcraiyyə Komitəsi idarə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi