​Türkiyə Super Liqası 56 yaşını qeyd edib

​Türkiyə Super Liqası 56 yaşını qeyd edib İlk Türkiyə çempionatına 1959-cu il fevralın 21-də start verilib
Futbol
21 Fevral , 2015 22:26
​Türkiyə Super Liqası 56 yaşını qeyd edib

Bakı. 21 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqası 56 il öncə fevralın 21-də start götürüb.

"Report"un məlumatına görə, çempionat 1959-cu ildə Ankara, İstanbul və İzmirdə 3 stadionda keçirilən 6 qarşılaşma ilə start götürüb.

Həmin illərdə Peşəkar Futbol Liqası adlanan çempionat daha sonra 1-ci futbol liqası, ən sonda isə Super Liqa adlandırılıb. İlk mövsümdə çempionat qrup şəklində keçirilib. Qırmızı qrupda "Qalatasaray", "Qaragömrük", "Ədalət", "Vəfa", "Dəmirspor", "Gənclərbirliyi", "Karşıyaka" və "Göztəpə", ağ qrupda isə "Fənərbaxça", "Beşiktaş", "İstanbulspor", "Beykoz", "Hacettəpə", "Ankaragücü", "Altay" və "İzmirspor" klubları yer alıblar.

Qeyd edək ki, hazırda Super Liqada 18 komanda mübarizə aparır. 

Son xəbərlər

Orphus sistemi