Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Burak Yılmaz ciddi zədələnib

Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Burak Yılmaz ciddi zədələnib 30 yaşlı hücumçu ən azı bir ayadək sıradan çıxıb
Futbol
21 Sentyabr , 2015 13:30
Türkiyə millisinin və Qalatasarayın futbolçusu Burak Yılmaz ciddi zədələnib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyə milli komandasının və "Qalatasaray" klubunun futbolçusu Burak Yılmaz ən azı bir ay müddətinə sıradan çıxıb. "Report"un 30 yaşlı hücumçu Super Liqada V turun "Trabzonspor"la səfər matçında zədələnib.

65-ci dəqiqədə xəsarət alan Yılmaz oyuna davam edə bilməyərək, komanda yoldaşı Umut Bulutla əvəzlənib. Tibbi müayinə nəticəsində onun sağ arxa əzələsində qırıq aşkarlanıb. Təcrübəli forvard 6 həftəyədək oynamayacaq. Bu müddətdə "Qalatasaray" Super Liqada "Qaziantepspor", "Başakşehirspor", "Gənclərbirliyi" və "Fənərbağça", Çempionlar Liqasında isə "Astana" (Qazaxıstan) və "Benfika" (Portuqaliya) komandaları ilə üz-üzə gələcək. Türkiyə millisi isə oktyabrın 10-da Çexiya ilə səfərdə, oktyabrın 13-də isə İslandiya ilə evdə AVRO-2016-nın seçmə qrup matçlarına çıxacaq.

Qeyd edək ki, Burak Yılmaz bu mövsüm "Qalatasaray"ın heyətində 2, Türkiyə millisində isə 1 qol vurub. 

Son xəbərlər

Orphus sistemi