Türkiyə millisinin sabiq futbolçusu Bakıda

Türkiyə millisinin sabiq futbolçusu Bakıda Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci və TRT Spor kanalının şərhçisi Ərdoğan Arıkan Fərdi İnkişaf Zirvəsi seminarı çərçivəsində Bakıda mətbuat konfransı keçirib.
Futbol
22 Fevral , 2020 15:00
Türkiyə millisinin sabiq futbolçusu Bakıda

Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci və "TRT Spor" kanalının şərhçisi Ərdoğan Arıkan "Fərdi İnkişaf Zirvəsi" seminarı çərçivəsində Bakıda mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, 41 yaşlı sabiq hücumçu AVRO-2020-də Türkiyə yığmasının Bakıda keçirəcəyi oyunları barədə də danışıb.

Nihat Kahveci ilk olaraq səfərlərinin səbəbini söyləyib: "Bu səhər İstanbuldan gəldik. Əvvəllər də buraya gəlmişəm. Həm futbolçu olduğum vaxt, həm də ötən il səfərim olub. Bakıdakı Avropa Liqasının finalında təşkilatçılıq əla idi. İndi də "Fərdi İnkişaf Zirvəsi" ilə əlaqədar Bakıdayıq. Təcrübəmizi azərbaycanlı qardaşlarla bölüşəcəyik. Hər kəs uğur qazanmaq istəyir. Biz də fikirlərimizlə onlara kömək etməyə çalışacağıq".

Nihat Kahveci və Ərdoğan Arıkan
Nihat Kahveci və Ərdoğan Arıkan

Ərdoğan Arıkan Bakıda qrupdan çıxmaq uğrunda mübarizə aparacaqlarını vurğulayıb: "Burada oynamaq çox gözəldir. Ev sahibi azarkeşlərini nəzərə alsaq, stadionun yarıdan çoxunda biz olacağıq. Azərbaycanın hər sahədə Türkiyəyə göstərdiyi maraq göz önündədir. Onlar Türkiyə yığmasına öz milliləri kimi baxırlar. Burada öz evimizdə oynayacağıq".

N.Kahveci Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış etdiklərini deyib: "Buna çox sevindik. İnanıram ki, Azərbaycan da bu uğuru qazanacaq. Bakı bizim üçün favorit şəhərdir. Burada öz evimizdəki kimi oynayacağıq. Stadionun çoxu bizi dəstəkləyəcək. Bu da milliyə əlavə motivasiya verəcək. Azərbaycan xalqının bizi dəstəkləyəcəyinə şübhəm yoxdur. Ümid edirəm ki, qrupdan çıxarıq. İlk dəfə Bakıda oynayacağımızı eşidəndə sanki İstanbulda oynayacağımız qədər sevindik. Oyunları izləmək üçün Bakıya gəlmək istəyirəm. Gələ bilməsəm də, ürəyim burada olacaq".

Ərdoğan Arıkan
Ərdoğan Arıkan

Son xəbərlər

Orphus sistemi