Yuxarı

Türkiyə millisinin AVRO-2016 üçün yekun heyəti açıqlanıb - SİYAHI

Fatih Terim ilkin heyətdən 8 futbolçunu Fransaya aparmayacaq

Bakı. 31 may. REPORT.AZ/ Futbol üzrə Türkiyə yığmasının AVRO-2016 üçün yekun heyəti açıqlanıb. "Report"un Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Fatih Terim ilkin heyətdən 8 futbolçunu Fransaya aparmayacaq.  

"23-lüy"ə Gökhan Töre ("Beşiktaş"), Alper Potuk ("Fənərbağça"), Yasin Öztekin ("Qalatasaray"), Serdar Aziz ("Bursaspor"), Mahmut Tekdemir ("Başakşehir"), Çağlar Söyüncü ("Altınordu"), Ali Şaşal Vural ("Eskişehirspor") və Mevlüt Erdinç ("Genqam", Fransa) salınmayıb. 

Türkiyə millisinin yekun heyəti:

Qapıçılar: Volkan Babacan ("Başakşehir"), Onur Recep Kıvrak ("Trabzonspor"), Harun Tekin ("Bursaspor");

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı, Caner Erkin, Mehmet Topal ("Fənərbağça), Hakan Kadir Balta, Semih Kaya (hər ikisi "Qalatasaray"), İsmail Köybaşı ("Beşiktaş"), Ahmet Yılmaz Çalık ("Gənclərbirliyi")

Yarımmüdafiəçilər: Selçuk İnan ("Qalatasaray"), Emre Mor ("Nordşelland", Danimarka), Ozan Tufan, Volkan Şen ("Fənərbağça"), Olcan Şahan, Oğuzhan Özyakup (hər ikisi "Beşiktaş"), Hakan Çalhanoğlu ("Bayer", Almaniya), Nuri Şahin ("Borussiya" Dortmund, Almaniya), Arda Turan ("Barselona", İspaniya)

Hücumçular: Burak Yılmaz ("Beijinq Quoyan"), Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts", Almaniya).

Qeyd edək ki, Türkiyə millisi Xorvatiya, Çexiya və İspaniya ilə birgə D qrupunda yer alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi