Yuxarı

Türkiyə mətbuatı: "Qaziantep BB" ​Vaqif Cavadovla yollarını ayırıb

Veteran futbolçu oğlunun ​göndərilməsindən xəbərsizdir

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin I Liqasında mübarizə aparan "Gaziantep BB" klubu Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovla yollarını ayırıb. "Report"un "Olay Medya"ya istinadən məlumatına görə, 26 yaşlı hücumçu heyətdə aparılan islahatlar nəticəsində göndərilib. 

V.Cavadovun 5 komanda yoldaşı ilə birgə heyətdən kənarlaşdırıldığı bildirilir. Onların yerinə yeni oyunçular cəlb olunacaq. "Gaziantep BB" daha öncə digər azərbaycanlı futbolçu Rəhman Hacıyevlə də müqaviləni pozub. 

Öz növbəsində V.Cavadovun atası, veteran futbolçu Füzuli Cavadov "Report"a açıqlamasında bu qərardan xəbərsiz olduğunu bildirib: "Vaqif hazırda Bakıdadır. Onun klubla mövsümün sonunadək müqaviləsi var. Klub rəhbərliyi qarşılıqlı razılıq olmadan bu addımı ata bilməz. Oğlum məzuniyyətə buraxılarkən ona göndərildiyi barədə bir söz deyilməyib. Əksinə, yanvarın 11-də başlanacaq Antalya toplanışına gəlməsi istənilib". 

Qeyd edək ki, Vaqif Cavadov "Qaziantep BB"yə mövsümün əvvəllərində keçib. O, karyerası ərzində Hollandiyanın "Tvente" və Rusiyanın "Volqa" klublarında da legioner həyatı yaşayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi