Türkiyə Kubokunun matçı futbolçuya əşya atıldığına görə təxirə salınıb

Türkiyə Kubokunun matçı futbolçuya əşya atıldığına görə təxirə salınıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Kubokunda keçirilən Batman Petrolspor - Kasımpaşa oyunu təxirə salınıb.
Futbol
30 Oktyabr , 2018 18:44
Türkiyə Kubokunun matçı futbolçuya əşya atıldığına görə təxirə salınıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Kubokunda keçirilən "Batman Petrolspor" - "Kasımpaşa" oyunu təxirə salınıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna tribunadan qonaq komandanın futbolçusu Fode Koitaya 90+1-ci dəqiqədə plastik şüşənin atılması səbəb olub. İçi su ilə dolu qab 28 yaşlı futbolçunun üzünə dəyib. 

Fransalı forvard ilkin tibbi müayinədən sonra paltardəyişmə otağına gedib. O daha sonra özünü pis hiss edib və təcili tibbi yardımla xəstəxanaya aparılıb. Qarşılaşmanın hakimi Özgür Yankaya oyunu təxirə salıb. 

Qeyd edək ki, həmin vaxt "Kasımpaşa" klubu 3:2 hesabı ilə öndə olub.

Son xəbərlər

Orphus sistemi