Türkiyə klubunun futbolçusunda koronavirus aşkarlandı

Türkiyə klubunun futbolçusunda koronavirus aşkarlandı Türkiyənin Yeni Malatyaspor klubu koronavirus testlərinin nəticəsini açıqlayıb.
Futbol
22 May , 2020 21:04
Türkiyə klubunun futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin "Yeni Malatyaspor" klubu koronavirus testlərinin nəticəsini açıqlayıb.

"Report"un Super Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, analizlərdən sonra biri futbolçu olmaqla, komandanın 2 üzvünün koronavirusa yoluxduğu üzə çıxıb.

Hər iki şəxs karantinə alınıb və onların müalicəsinə başlanılıb.

Qeyd edək ki, Türkiyə Superliqasının oyunları martın 19-da pandemiya səbəbindən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi