Türkiyə klubunun futbolçusu Avropa Liqasının rəmzi "11-liy"inə düşüb

Türkiyə klubunun futbolçusu Avropa Liqasının rəmzi "11-liy"inə düşüb "Osmanlıspor" klubunun futbolçusu Numan Çürüksu ən yaxşılar arasında
Futbol
17 Fevral , 2017 15:43
Türkiyə klubunun futbolçusu Avropa Liqasının rəmzi 11-liyinə düşüb

Bakı. 17 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarına əsasən rəmzi "11-liy"i açıqlayıb. 

"Report"un məlumatına görə, ən yaxşıların siyahısında Türkiyənin "Osmanlıspor" klubunun futbolçusu Numan Çürüksu da düşüb.

Rəmzi heyətə ümumilikdə 7 ölkənin 10 klubunun futbolçularının adları daxil edilib. Yalnız Fransa təmsilçisi "Lion"nun 2 üzvü "11-liy"ə düşüb.

Qapıçı: Andre Onana (“Ayaks”, Hollandiya)

Müdafiəçilər: Benedikt Hövedes (“Şalke”, Almaniya), Numan Çürüksu (“Osmanlıspor”, Türkiyə ), Timofey Kalaçyov (“Rostov”, Rusiya)

Yarımmüdafiəçilər: Frank Açimponq (“Anderlext”, Belçika), Daniel Miliçeviç (“Gent”, Belçika), Federiko Bernardeski (“Fiorentina”, İtaliya), Lukas Tusar (“Lion”, Fransa)

Hücumçular: Aleksandre Lyakazett (“Lion”, Fransa), Zlatan İbrahimoviç (“Mançester Yunayted”, İngiltərə), Edin Dzeko (“Roma”, İtaliya).

Son xəbərlər

Orphus sistemi