Türkiyə klubunun baş məşqçisi 17 gündən sonra istefa verib

Türkiyə klubunun baş məşqçisi 17 gündən sonra istefa verib Türkiyə Super Liqasında çıxış edən Kayserispor komandasının baş məşqçisi Samet Aybaba istefa verib.
Futbol
28 Oktyabr , 2019 15:33
Türkiyə klubunun baş məşqçisi 17 gündən sonra istefa verib

Türkiyə Super Liqasında çıxış edən "Kayserispor" komandasının baş məşqçisi Samet Aybaba istefa verib.

"Report" sozcu.com saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis 17 gün ərzində bütün səylərinin nəticəsiz qalması səbəbindən bu addımı atdığını bildirib. 

"Futbolçuların hər şeyə biganəliyini və onlarda heç bir müsbət irəliləyişin olmadığını aşkarladım. Mənim və digər məşqçilərin klubdan hər hansı tələbi yoxdur".

Qeyd edək ki, Samet Aybaba "Kayserispor"la 1.5 illik müqavilə imzalamışdı. 

Son xəbərlər

Orphus sistemi