Türkiyə klubuna yeni prezident seçilib

Türkiyə klubuna yeni prezident seçilib Klub prezidenti ilə yanaşı, İdarə heyəti, Təftiş Komissiyası və İntizam Komitəsinin də yeni üzvləri müəyyənləşib
Futbol
26 Yanvar , 2017 14:58
Türkiyə klubuna yeni prezident seçilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin "Kayserispor" futbol klubuna yeni prezident seçilib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən konqresdə Erol Bedir Kayseri təmsilçisinin yeni rəhbəri olub.

Buna qədər kluba Ahmet Yıldız başçılıq edib.

Klub prezidenti ilə yanaşı, İdarə heyəti, Təftiş Komissiyası və İntizam Komitəsinin də yeni üzvləri müəyyənləşib.

Qeyd edək ki, "Kayserispor"da əvvəllər Azərbaycan millisinin futbolçularından Rəşad Sadıqov, Kamran Ağayev və Ufuk Budak forma geyinib.

Son xəbərlər

Orphus sistemi