​Türkiyə klubuna məxsus əmlak müsadirə olunacaq

​Türkiyə klubuna məxsus əmlak müsadirə olunacaq Klubun futbolçuya 1 milyon 200 min lirə borcu var
Futbol
19 Mart , 2016 12:51
​Türkiyə klubuna məxsus əmlak müsadirə olunacaq

Bakı. 19 mart. REPORT.AZ/ Türkiyəli futbolçu Sərvət Çətinin keçmiş komandası "Mersin"lə bağlı etdiyi şikayət müsbət dəyərləndirilib. "Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, klub tərəfindən göstərilən məbləğ futbolçuya ödənilmədiyi üçün icra məmurları bazada əmlakın müsadirəsi ilə bağlı işlər aparıb.

Məmurlar kluba məxsus Məcit Özcan İdman Kompleksində olan əşyaları dəyərləndirib. Klub prezidenti Hüseyn Çalışkan müsadirə işlərinin əvvəlki rəhbərliyin sabiq kapitana 1 milyon 200 min lirəlik çek verdiyini və bu məbləğin hələ də ödənilməməsi səbəbindən başladıldığını deyib.

Qeyd edək ki, Sərvət Çetin 2014-2015 mövsümündə "Mersin"lə anlaşıb və bir il bu komandada çıxış edib.

Son xəbərlər

Orphus sistemi