Bakı. 13 sentyabr. REPORT.AZ/ Rıza Çalımbay Türkiyənin "Kasımpaşa" futbol klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
"Report"un məlumatına görə, klub rəhbərliyi 53 yaşlı mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Buna Super Liqanın ilk 3 turunda komandanın cəmi 1 xal toplayaraq sonuncu pillədə yer alması səbəb olub.
Qeyd edək ki, Rıza Çalımbay "Kasımpaşa"da 2015-ci ilin iyulundan baş məşqçi kimi fəaliyyət göstərirdi. Həmin vaxt onunla 3 illik müqavilə bağlanılmışdı. Ötən mövsüm bu komanda Super Liqada 7-ci yeri tutmuşdu.