Yuxarı
    Bağlamaq

    Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

    Bu barədə klubun prezidenti Murat Cavcav məlumat verib

    Bakı. 15 may. REPORT.AZ/ Ümit Özat Türkiyənin "Gənclərbirliyi" komandasının baş məşqçisi postundan ayrılıb.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Murat Cavcav məlumat verib. 

    O, baş məşqçi ilə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını bildirib. 

    Qeyd edək ki, "Gənclərbirliyi" növbəti mövsümdən etibarən Türkiyə Superliqasında iştirak etməyəcək. Komandanın aşağı liqaya düşəcəyi rəsmiləşib. "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi