"Mersin İdman Yurdu" azərbaycanlı futbolçuların klublarına rəsmi təklif göndərib

"Mersin İdman Yurdu" azərbaycanlı futbolçuların klublarına rəsmi təklif göndərib Bülent Korkmaz Qara Qarayevlə Tural Rzayevin alınmasını qətiyyətlə istəyib
Futbol
30 Dekabr , 2015 16:06
Mersin İdman Yurdu azərbaycanlı futbolçuların klublarına rəsmi təklif göndərib

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyənin "Mersin İdman Yurdu" klubu azərbaycanlı futbolçu Qara Qarayevlə Tural Rzayevin klublarına rəsmi təklif göndərib. Bu barədə "Report"a Mersin komandasının baş məşqçisi Bülent Korkmaz məlumat verib.

47 yaşlı mütəxəssis bildirib ki, ötən gün keçirdiyi görüşdə klub rəhbərliyindən "Qarabağ"ın müdafiəçisi ilə "Sumqayıt"ın hücumçusunun alınmasını istəyib: "Mən məsələni qəti qoydum. Dedim ki, Qarayevlə Rzayev mütləq alınmalıdır. Rəhbərlik də hər iki futbolçunun klubuna rəsmi müraciət göndərəcəklərini bildirdi. Məndə olan məlumata görə, müvafiq sənəd bu gün Azərbaycan klublarına ünvanlanıb".

B.Korkmazın sözlərinə görə, Qarayevlə Rzayevin transferi yanvarın 4-də "Mersin İdman Yurdu"nda keçiriləcək Hesabat-Seçki Konqresindən sonra rəsmiləşə bilər: "Hazırda bu vəzifəyə yeganə namizəd elə hazırkı prezident Ali Kahramanlıdır. O, elə ilk konqresdəcə yenidən seçilsə, hər iki futbolçunun alınması yönündə danışıqları tamamlayacağıq".

Qeyd edək ki, Bülent Korkmaz vaxtilə "Bakı"nın baş məşqçisi olub.  

Son xəbərlər

Orphus sistemi