Türkiyə klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb

Türkiyə klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyə çempionatının I liqasında çıxış edən “Boluspor” klubu Azərbaycan millisinin futbolçusu Ufuk Budakı heyətinə qatıb.
Futbol
30 İyul , 2018 09:14
Türkiyə klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb

Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyə çempionatının I liqasında çıxış edən “Boluspor” klubu Azərbaycan millisinin futbolçusu Ufuk Budakı heyətinə qatıb.

“Report” Bolu təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ötən mövsüm Türkiyənin “Samsunspor” komandasının formasını geyinən Budak, karyerası ərzində “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi