Türkiyə klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqaviləni uzatmaq istəyir

Türkiyə klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqaviləni uzatmaq istəyir Bakı. 27 mart. REPORT.AZ/ Türkiyənin Samsunspor klubu Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakla müqaviləni uzatmaq niyyətindədir.
Futbol
27 Mart , 2018 15:31
Türkiyə klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqaviləni uzatmaq istəyir

Bakı. 27 mart. REPORT.AZ/ Türkiyənin "Samsunspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakla müqaviləni uzatmaq niyyətindədir.

"Report"un məlumatına görə, rəhbərlik klubun I Liqada qalacağı təqdirdə müqaviləsi başa çatan və icarə əsasında oynayan futbolçularla görüşəcək. 

Mövsümün sonunda "Samsunspor"dan ayrılmaq istəyən futbolçular klubun Qəyyumlar Şurası tərəfindən idarə olunmasından sonra fikirlərini dəyişərək komandada qalmaq istəyiblər. Ufuk Budakla yanaşı, Muhammed Beşir, Gökay İravul, Ahmet Burak, Göksu Türkdoğan və Kenan Karışıkın da mövsümün sonunda müqaviləsi başa çatır.

Qeyd edək ki, "Samsunspor" klubu 28 turdan sonra I Liqada 33 xalla 14-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi