​Türkiyə klubu 6 futbolçusu ilə yollarını ayırıb

​Türkiyə klubu 6 futbolçusu ilə yollarını ayırıb Müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib
Futbol
2 Yanvar , 2016 09:56
​Türkiyə klubu 6 futbolçusu ilə yollarını ayırıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyənin "Sivasspor" klubu 6 futbolçusu ilə yollarını ayırıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, Batuhan Karadeniz, Ümit Kurt, Orhan Güllə, Hakan Özmert, Çağatay Çeken və Maykl Eneramo komandadan göndərilib.

Futbolçularla olan müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klubun vitse-prezidenti Faruk Taşseten gedən oyunçuların yerinə 4-5 futbolçu alacaqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi