Türkiyə I Liqasına azərbaycanlı futbolçu axınını sürətləndirəcək qərar qəbul olunub

Türkiyə I Liqasına azərbaycanlı futbolçu axınını sürətləndirəcək qərar qəbul olunub Klublar oyun zamanı 5 legionerdən istifadə edə biləcəklər
Futbol
17 Yanvar , 2015 16:47
Türkiyə I Liqasına azərbaycanlı futbolçu axınını sürətləndirəcək qərar qəbul olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Futbol üzrə Türkiyə I Liqasında legioner limiti dəyişdirilib. "Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) və I Liqa klublarının rəhbərləri arasında Antalyada keçirilmiş görüşdə razılıq əldə olunub. 

Gələn mövsümdən tətbiq olunacaq yeni qaydalara əsasən, klublar istədikləri qədər futbolçu ilə müqavilə imzalaya bilərlər. Onların TFF-yə təqdim edəcəkləri A siyahısında ən çoxu 25 futbolçu yer alacaq. Oyunçulardan maksimum 3-ü qapıçı olacaq. Siyahıda Türkiyənin əsas yığmasında oynamağa uyğun gələn ən azı 15 futbolçu yer almalıdır. Onlardan 2-si yaş məhdudiyyəti olmamaqla klubun məktəbindən, 4-ü Türkiyə ərazisində yetişənlər olmalıdır. 21 yaşadək futbolçular isə "18-lik"də mütləq yer almalıdırlar. Oyun üçün iştirak ərizəsində Türkiyənin əsas yığmasında oynamağa uyğun gələn ən azı 13 futbolçu olacaq. Bunlardan 1-i qapıçı olmalıdır. "18-lik"də ən çoxu 5 legionerə yer veriləcək. Həmin əcnəbilərin hamısı ilk "11-liy"ə salına bilər. 

Yeni sistemlə futbol ailəsi ilə vergi və sosial təminat ailələrinə borcu olduğu dəqiqləşən klublara borclar ödənilənədək və ya buna hazır vəziyyətə gələnədək transfer qadağası tətbiq olunacaq. Əcnəbilərdən alınacaq qeydiyyat haqları bir fonda toplanacaq. Fonda yığılacaq vəsaitin hamısı yerli futbolçuların oynadılmasını stimullaşdırmaqdan ötrü klublara qaytarılacaq. 

Qeyd edək ki, hazırda Türkiyə I Liqasında bir neçə azərbaycanlı futbolçu oynayır. Yeni qərarın tətbiqindən sonra onların sayı arta bilər. 

Son xəbərlər

Orphus sistemi