Yuxarı
    Bağlamaq

    ​Türkiyə futbolçusuna Azərbaycan millisində oynamaq təklif edilib

    Futbolçunun meneceri: 3-4 gün ərzində qərarını verəcək

    Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyənin "Bursaspor" futbol klubunda oynayan Dəniz Yılmaza Azərbaycanın Milli Komandasında oynamaq təklif edilib.

    "Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

    Məlumata görə, ötən mövsüm o,ara transferdə "Tarbzonsop"da oynayıb.

    Futbolçunun meneceri Ərdəm Karagöl bildirib ki, bu ilki Avropa oyunlarından əvvəl onun Türkiyə millisində də oynayacağı gözlənilirdi:"Dəniz Yılmaz Almaniyada doğulub. O, əvvəllər Almaniya və Türkiyə millilərində oynamadığı üçün Azərbaycanın adından beynəlxalq yarışlarda iştirak etməyin problem olmadığını söyləyib. O, Azərbaycan millisində oynaması ilə bağlı təklifi sevinclə qarşıladı. Ancaq düşünmək üçün bir az vaxt istədi. 3-4 gün ərzində qərarını verəcək. Hazırda "Bursaspor"un təlim-məşq toplanışlarındadır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi