Yuxarı

Türkiyə Futbol Federasiyasının prezidenti əməliyyat olunub

Yıldırım Dəmirörənin müalicəsi evində davam edəcək

Bakı. 27 fevral. REPORT.AZ/ Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən bel fəqərələrindəki yırtıqdan əməliyyat olunub. "Report"un məlumatına görə, planlı aparılan əməliyyat "Fulya Acıbadem" xəstəxanasında baş tutub.

TFF-nin yayımladığı açıqlamada Y.Dəmirörənin hazırda özünü yaxşı hiss etdiyi və müalicəsinin evində davam edəcəyi bildirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi