Türkiyə Futbol Federasiyası "Beşiktaş"ın etirazını rədd edib

Türkiyə Futbol Federasiyası "Beşiktaş"ın etirazını rədd edib Bakı. 2 may. REPORT.AZ/ Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək Fənərbağça - Beşiktaş oyunu ilə bağlı qərarını açıqlayıb.
Futbol
2 May , 2018 17:03
Türkiyə Futbol Federasiyası Beşiktaşın etirazını rədd edib

Bakı. 2 may. REPORT.AZ/ Türkiyə Futbol Federasiyasının Apellyasiya Komitəsi ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Fənərbağça" - "Beşiktaş" oyunu ilə bağlı qərarını açıqlayıb.

"Report"un məlumatına görə, qurum "Beşiktaş" klubunun bu oyunun qaldığı yerdən davam etdirilməsi üçün etdiyi etirazı rədd edib. Bu qərar yekdilliklə qəbul olunub. 

Qeyd edək ki, Türkiyə Kubokunun aprelin 19-da keçirilmiş "Fənərbağça" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin başı yarılıb. Türkiyə Futbol Federasiyası bu hadisədən sonra matçın mayın 3-də qaldığı yerdən keçirilməsi ilə bağlı qərar qəbul edib. İki komanda arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi