Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası (TFF) 94 nəfəri işdən azad edib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, həmin şəxslər Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli sayılırlar.
"TFF 94 nəfərin federasiya ilə əlaqəsini kəsib. Onların arasında klasman, regional hakimlər və yardımçı hakimlər, milli və regional müşahidəçilər var", - deyə federasiyanın yaydığı açıqlamada qeyd olunub.
Bundan başqa, TFF 1 üzvünün istefasını qəbul edib, daha 10 nəfəri isə işdən azad edib.
Qeyd edək ki TFF-da FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra kütləvi təmizləmə başlayıb.