Yuxarı

​Türkiyə ən yaxşı qrup üçüncüsü kimi Avro-2016-ya vəsiqə qazanıb - VİDEO

Komanda son qrup oyununda İslandiyanı məğlub edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Türkiyə yığması futbol üzrə Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində keçirdiyi son oyunda İslandiyanı məğlub edib (1:0) və ən yaxşı qrup üçüncüsü kimi turnirin final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, bu yolda türklərin əsas rəqibi son tura qədər Macarıstan yığması olub.

Yekunda Türkiyə öz qrupunda 18 xal, Macarıstan isə 16 xal toplayıb. Macarlar play-off mərhələsində mübarizəni davam etdirəcəklər.

Türkiyə son qrup oyununda İslandiya millisini qəbul edib. Dramatik keçən oyunda qolu 89-cu dəqiqədə Səlcuq İnan cərimə zərbəsindən vurub. 

Avro-2016. "A" qrupu.

Türkiyə-İslandiya - 1:0

Qol: Səlcuk İnan, 89 (1:0)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi