Türkiyə çempionatının növbəti turu azərbaycanlı futbolçular üçün uğursuz keçib

Türkiyə çempionatının növbəti turu azərbaycanlı futbolçular üçün uğursuz keçib Mahir Şükürov və Cavid İmamverdiyev 90 dəqiqə meydanda olsa da, komandaları uduzub
Futbol
9 Mart , 2015 10:58
Türkiyə çempionatının növbəti turu azərbaycanlı futbolçular üçün uğursuz keçib

Bakı. 9 mart. REPORT.AZ/Türkiyə I Liqasında XXIII turun oyunlarından 8-i keçirilib. "Report"un məlumatına görə, hesabat turu azərbaycanlı futbolçular və onların klubları üçün heç də uğurlu olmayıb.

Mahir Şükürovun 90 dəqiqə meydanda olduğu görüşdə "Karşıyaka" səfərdə "Qaziantep BB"yə uduzub - 0:2. Cavid İmamverdiyev də "Elazığspor"un heyətində sonadək oynayıb. Lakin onun komandası səfərdə yığmanın sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"a uduzub - 0:1. Bu matçda Subaşiç 65 dəqiqə meydanda olub.

"Adanaspor" Cəmşid Məhərrəmovun 90 dəqiqə oynadığı derbidə "Adana Dəmirspor"a uduzub - 0:1.

"Dənizlispor" "Alanyaspor"a Rail Məlikovsuz uduzub - 0:1. Məlikov sonadək ehtiyat oyunçular skamyasında oturub. Əvəzində Vaqif Cavadovun da meydana buraxılmadığı görüşdə "Boluspor" səfərdə "Altınordu"nu yenə bilib - 2:1. Tura bu gün lider "Kayserispor"un səfərdə "Bucaspor"la keçirəcəyi oyunla yekun vurulacaq. Qonaqların qapısını Kamran Ağayevin qoruyacağı gözlənilir.

Qeyd edək ki, hazırda "Karşıyaka" 33 xalla 8-ci, "Boluspor" 31 xalla 9-cu, "Adanaspor" 28 xalla 12-ci, "Elazığspor" 27 xalla 13-cü, "Manisaspor" 23 xalla 15-ci, "Dənizlispor" 18 xalla 17-cidir. 

Son xəbərlər

Orphus sistemi