Türkiyə AVRO-2024 üçün ərizəsini UEFA-ya təqdim edib

Türkiyə AVRO-2024 üçün ərizəsini UEFA-ya təqdim edib Bununla bağlı mərasim keçirilib
Futbol
26 Aprel , 2018 14:57
Türkiyə AVRO-2024 üçün ərizəsini UEFA-ya təqdim edib

Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası 2024-cu il Avropa çempionatını keçirmək üçün ərizəsini UEFA-ya təqdim edib.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında mərasim keçirilib. Tədbirdə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən müvafiq ərizəni UEFA-nın baş katibi Teodor Teodoridisə verib. 

Daha əvvəl Almaniya Futbol İttifaqı da AVRO-2024 üçün sənədlərini UEFA-ya rəsmən təqdim edib. 1974 və 1988-ci il Avropa çempionatı, həmçinin 2006-ci dünya çempionatı məhz bu ölkədə keçirilib. Türkiyənin əsas milli komandaların iştirakı ilə böyük futbol turnirlərini təşkil etmək istəyi hələ gerçəkləşməyib. Qonşu ölkə AVRO-2016-ya namizədliyini versə də, Fransa qalib olunub. 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi AVRO-2024-ün təşkilatçı ölkəsini bu il sentyabrın 27-də açıqlayacaq. Final turnirinin keçirilməsi üçün 9 və ya 10 stadion bütün tələblərə uyğun olmaldır. 2 və ya 3 stadion ən azı 50 min nəfərlik azarkeş tutumuna malik olmalı, həmçinin 3 stadion 40 min azarkeş üçün uyğun olmalıdır. 4 arena isə 30 min tamaşaçı qəbul etməlidir. 

Son xəbərlər

Orphus sistemi