Yuxarı

"Turan Tovuz" heyətini yeni futbolçularla gücləndirib

Klubun düşərgəsində nigeriyalılar da var

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan I Divizionunda mübarizə aparan "Turan Tovuz" klubu heyətini yeni futbolçularla gücləndirib. Bu barədə "Report"a komandanın baş məşqçisi Nizami Sadıqov məlumat verib. 

N.Sadıqov Kazım Kazımlı və Elvin Mirzəyevdən əlavə, Asim Mollazadə və gürcüstanlı Giorgi Asatiani ilə müqavilə bağlandığını bildirib. Bundan başqa, təcrübəli mütəxəssis iki nigeryalı oyunçunun da klubun düşərgəsinə gəldiyini açıqlayıb. 

Onun sözlərinə görə, yeni transferlər komandanın ilk dövrədəki oyunlarının qaneedici olmaması səbəbindən edilib: "Bizim ikinci dövrədə qarşımıza qoyulan məqsəd ilk beşlikdə olmaq idi. Amma fasiləyə 10-cu yerdə çıxdıq. Buna görə də bəzi oyunçuları göndərərək, yeniləri ilə anlaşdıq". 

Baş məşqçi "Turan Tovuz"un son yoxlama oyununu Gürcüstanın "Rustavi" komandasına qarşı keçirdiyini və səfərdə 1:0 hesablı qələbə qazandığını bildirib. Artıq qonşu ölkədən qayıdan komanda hazırlıqlarını Tovuz şəhər stadionunda davam etdirir. 

Qeyd edək ki, "Turan Tovuz" I Divizionun ikinci dövrəsində ilk oyununu Qazaxda "Göyəzən"ə qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi