Yuxarı

"Traktorsazi" Səudiyyə Ərəbistanı komandası ilə oyunlarını neytral meydanlarda keçirəcək

Cənubi Azərbaycan klubu rəqibini Təbrizdə qəbul edə bilməyəcək

Bakı. 16 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı və İranın futbol komandaları Asiya Çempionlar Liqasındakı oyunlarını neytral meydanlarda keçirəcəklər. "Report"un məlumatına görə, səbəb kimi iki ölkə arasındakı münasibətlərin yaxşılaşmaması göstərilib.

Bu isə o deməkdir ki, C qrupunda yer alan Cənubi Azərbaycanın "Traktorsazi" klubu aprelin 6-da "Əl Hilal"ı Təbrizdə qəbul edə bilməyəcək. Eyni zamanda aprelin 19-da nəzərdə tutulan təkrar qarşılaşma Səudiyyə Ərəbistanında təşkil olunmayacaq. 3 turdan sonra "Traktorsazi" 6 xalla qrup lideri, "Əl Hilal" isə 5 xalla qrup ikincisidir.

Qeyd edək ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər 47 nəfərin, o cümlədən, din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasından sonra gərginləşib. Buna etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər. Nəticədə Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətlərini kəsib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi