​"Traktor Sazi" tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb - VİDEO

​"Traktor Sazi" tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb - VİDEO Təbriz klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu yenib
Futbol
19 Aprel , 2016 23:57
​Traktor Sazi tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb - VİDEO

Bakı. 20 aprel. REPORT.AZ/ Cənubi Azərbaycanın "Traktor Sazi" klubu tarixi nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, Təbriz təmsilçisi tarixində ilk dəfə olaraq Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Komanda buna Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu səfərdə 2:0 hesabı ilə məğlub etməklə nail olub. Oyunda son nöqtəni 82-ci dəqiqədə "Qəbələ"nin sabiq hücumçusu Fərzad Hatəmi qoyub.

"Traktor Sazi" bu qələbə ilə təkcə 1/8 finala vəsiqəni yox, eyni zamanda qrup liderliyini təmin edib. Təbrizlilərin 5 oyundan sonra 12 xalı var və son tur öncəsi ən yaxın izləyicisi "Əl-Hilal"ı 4 xal qabaqlayır. Bu komandalar son turda da görüşəcək. Təbrizdəki həmin oyun mayın 3-də keçiriləcək.

Qeyd edək ki, Asiya Çempionlar Liqasında 8 qrupda ilk 2 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanır.

Son xəbərlər

Orphus sistemi