Yuxarı
    Bağlamaq

    ​"Traktor Sazi" Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb

    Təbriz klubu BƏƏ-nin Əl-Nəsr komandasına yenilib

    Bakı. 24 may. REPORT.AZ/ Cənubi Azərbaycanın "Traktor Sazi" klubu Asiya Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandırıb.

    "Report"un məlumatına görə, Təbriz təmsilçisi BƏƏ-nin "Əl-Nəsr" komandası ilə cavab görüşündə lazımi nəticəni əldə edə bilməyib.

    İlk görüşün revanşında (1:4) "Traktor Sazi" 3 fərqi tam aradan qaldırmağı bacarmayıb - 3:1. Qalib komandanın heyətində Fərzad Hatəmi 47 və 73-cü, Məhəmməd İranpuryan 61-cı dəqiqədə fərqlənib. "Əl-Nəsr"dən isə yeganə qolu 16-cı dəqiqədə Salem Saleh vurub.

    Qeyd edək ki, Təbrizdə keçirilmiş qarşılaşmanı 68 minədək tamaşaçı izləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi