"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib

"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib Bu vəzifə əfsanəvi futbolçuya tapşırılır
Futbol
20 Yanvar , 2016 17:40
Trabzonsporun yeni baş məşqçisi müəyyənləşib

Bakı. 20 Yanvar. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu, klubun əfsanəvi futbolçusu Hami Mandıralıdır.

48 yaşlı mütəxəssis danışıqlar üçün Trabzona çağırılıb. O, klub prezidenti Muharrem Usta və idarə heyəti ilə görüşəcək. Ciddi problem ortaya çıxmasa, Mandıralının komandanın sükanı arxasına keçəcəyi gözlənilir. Əfsanəvi futbolçu Sadi Tekelioğlunu əvəzləyəcək. 

Qeyd edək ki, Hami Mandıralı 1984 - 1988 və 1999 - 2002-ci illərdə "Trabzonspor"un futbolçusu, 2014-cü ildə isə qısa müddətlik baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi