"Trabzonspor"un prezidenti: "Ramil Şeydayevlə yollarımızı ayıra bilərik"

"Trabzonspor"un prezidenti: "Ramil Şeydayevlə yollarımızı ayıra bilərik" "Onların başqa kluba keçidi gerçəkləşsə, 8 - 8,5 milyon avro qənaət edəcəyik"
Futbol
30 İyun , 2018 09:24
Trabzonsporun prezidenti: Ramil Şeydayevlə yollarımızı ayıra bilərik

Bakı. 30 iyun. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayıra bilər.

"Report"un məlumatına görə, bu barədə klub prezidenti Ahmet Ağaoğlu açıqlama verib. O, hazırda Matuş Bero və Şeydayevin başqa komandaya keçidi ilə əlaqədar danışıqlar apardıqlarını bildirib. Ağaoğlunun fikrincə, bu transferlər gerçəkləşsə, klub öz büdcəsinə 8 - 8,5 milyon avro qənaət edəcək. Onların xərclərini qarşılaya biləcək pulu bizə ödəsələr, hər iki futbolçu ilə yollarımızı ayıra bilərik. Amma yenə deyirəm, xərclərini ödəyəcəkləri təqdirdə".

"Trabzonspor" daha əvvəl Uğur Demirok, Yan Duritsa, Dame N Doye, Tomaş Huboçan və Okay Yokuşlu ilə vidalaşaraq, ildə 35 milyon TL qənaət edib.

Qeyd edək ki, Ramil Şeydayevin Avstriya "Mattersburq"una keçəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi