Yuxarı

​"Trabzonspor"un oyununu 33 qəpiyə izləmək olacaq

Trabzon təmsilçisinin azarkeşləri yalnız bu görüş üçün 1 TL ödəməklə qapı arxası və bağlı tribunalara bilet ala biləcəklər

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyə Kubokunun V həftəsində keçiriləcək "Trabzonspor" - "Keçiörengücü" qarşılaşmasını 1 TL-yə (0.33 AZN) izləmək mümkün olacaq. "Report"un məlumatına görə, klub rəsmiləri bununla bağlı qərar qəbul edib.

Trabzon təmsilçisinin azarkeşləri yalnız bu görüş üçün 1 TL ödəməklə qapı arxası və bağlı tribunalara bilet ala biləcəklər.

Qeyd edək ki, "Trabzonspor" hazırda 8 xalla qrup lideridir və bu görüşdən də qalib ayrılacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanmış olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi