Yuxarı

"Trabzonspor"un baş məşqçisi Ramil Şeydayevlə bağlı qərar verib

Azərbaycan millisinin futbolçusu icarəyə veriləcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal komandada yer alan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə bağlı qərar verib. 

"Report"un "haber61.net"ə istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis gənc hücumçunu heyətdə görmək istəmədiyini klub rəhbərliyinə bildirib. Bundan sonra 21 yaşlı hücumçunun icarəyə verilməsi və gələcək çıxışlarının diqqətdə saxlanılması məqsədəuyğun sayılıb.

Qeyd edək ki, hazırda "Trabzonspor"un düşərgəsində kollektivdən ayrı məşq edən Ramil Şeydayevə Türkiyə I Liqasından "Samsunspor" və digər komandalar maraq göstərir. "Bordo-mavililər" təklifləri dəyərləndirdikdən sonra Şeydayevin gələcək taleyi ilə bağlı qərar verəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi