Yuxarı

“Trabzonspor”un baş məşqçisi “Qarabağ”ın oyununu canlı izləyib

“Trabzonspor”un baş məşqçisi “Qarabağ”ın oyununu canlı izləyib

Bakı. 12 iyul. REPORT.AZ/ Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi Ünal Karaman “Qarabağ”ın oyununu canlı izləyib.

“Report” mynet.com saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın paytaxtı Lyublyanada “Olimpiya”nı 1:0 hesabı ilə məğlub etdiyi görüşə tribunadan baxıb. Baş məşqçinin bundan sonra da fürsət düşdükcə, avrokubok qarşılaşmalarını izləyəcəyi bildirilir.

Qeyd edək ki, heyətində Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də yer aldığı “Trabzonspor” hazırda Lyublaynanın Kranj qəsəbəsində təlim-məşq toplanışındadır. Ünal Karaman iyunun 12-də səhər məşqində Alihan Tuncer - Burak Yılmaz – Şeydayev "trio"sunu eyni “11-lik”də oynadıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi