"Trabzonspor"un baş məşqçisi azərbaycanlı futbolçu ilə bağlı yeni qərar qəbul edib

"Trabzonspor"un baş məşqçisi azərbaycanlı futbolçu ilə bağlı yeni qərar qəbul edib Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyənin Trabzonspor klubunun baş məşqçisi Ünal Karaman Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev üçün yeni qərar qəbul edib.
Futbol
18 İyul , 2018 12:22
Trabzonsporun baş məşqçisi azərbaycanlı futbolçu ilə bağlı yeni qərar qəbul edib
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ünal Karaman Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev üçün yeni qərar qəbul edib.

"Report" Sporxə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis rəhbərlikdən 22 yaşlı hücumçunun yenidən icarəyə verilməsini istəyib. Hazırlıq səviyyəsi məşqçilər korpusunu qane etməyən Ramilin Slovakiyadakı təlim-məşq toplanışına qatılmayacağı gözlənilir. 

Qeyd edək ki, Ramil Şeydayev Sloveniyada təlim-məşq toplanışında "Trabzonspor"un Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandasını 1:0 hesabı ilə məğlub etdiyi oyunda yeganə qolun müəllifi olub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi