"Trabzonspor" "Spartak"ın futbolçusunu transfer edib

"Trabzonspor" "Spartak"ın futbolçusunu transfer edib 29 yaşlı müdafiəçi ilə 3,5 illik anlaşma əldə olunub
Futbol
4 Yanvar , 2017 13:08
Trabzonspor Spartakın futbolçusunu transfer edib

Bakı. 4 yanvar. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu Rusiya "Spartak"ının futbolçusu Sərdar Taşçı ilə müqavilə bağlayıb. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, 29 yaşlı müdafiəçi ilə 3,5 illik anlaşma əldə olunub. 

Almaniyadan olan oyunçu ildə 2,3 milyon avro qazanacaq. O, yeni komandasına Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında qoşulacaq. Bu mövsüm Taşçı "qırmızı-ağlar"ın heyətində 8 oyuna 1 qol vurub. 

Qeyd edək ki, "Trabzonspor"da Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev də forma geyinir. Onun Türkiyə I Liqasında çıxış edən "Samsunspor"a icarəyə veriləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi