​"Trabzonspor" Qətər bankı ilə danışıqlar aparır

​"Trabzonspor" Qətər bankı ilə danışıqlar aparır Bank klubun forma sponsoru olacaq
Futbol
8 İyul , 2016 14:28
​Trabzonspor Qətər bankı ilə danışıqlar aparır

Bakı. 8 iyul. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu "Qatar National Bank"la sponsorluq danışıqlarına başlayıb.

"Report" xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qətər şirkəti "bordo-mavilər"in forma sponsoru olacaq. Tərəflər razılığa gəlsə, bankın adı formanın ön hissəsində yazılacaq.

Qeyd edək ki, "Trabzonspor" son mövsümü forma sponsoru olmadan keçirib.

Son xəbərlər

Orphus sistemi