​"Trabzonspor" klubuna yeni prezident seçilib

​"Trabzonspor" klubuna yeni prezident seçilib Muharrem Usta ən yaxın izləyicisini 13 səs qabaqlayıb
Futbol
7 Dekabr , 2015 11:08
​Trabzonspor klubuna yeni prezident seçilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu yeni prezidentini rəsmən açıqlayıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, bundan sonra kluba Muharrem Usta rəhbərlik edəcək.

M.Usta seçkilərdə 3062 səs toplayaraq prezident postuna layiq görülüb. O, Cəlil Həkimoğlunu cəmi 13 səs qabaqlayıb. Klubun sabiq rəhbəri İbrahim Hacıosmanoğlu isə 1040 səs yığıb. 

Qeyd edək ki, bundan əvvəlki prezident İbrahim Hacıosmanoğlu 2013-cü ildən kluba rəhbərlik edirdi.

Son xəbərlər

Orphus sistemi