Yuxarı

​"Trabzonspor" klubunun prezidenti barəsində həbs qətimkan tədbiri seçilib

Buna səbəb klub prezidentinin Əziz Yıldırımı təhqir etməsidir

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubunun prezidenti İbrahim Hacıosmanoğlu haqqında həbs qətimkan tədbiri seçilib. "Report"un "Hürriyət"ə istinadən verdiyi məlumata görə, buna səbəb klub prezidentinin məhkəmə proseslərində iştirak etməməsidir.

Türkiyənin radio proqramlarının birində "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın əleyhinə təhqiramiz ifadələr işlədən İ.Hacıosmanoğlu keçirilən üç məhkəmə prosesində iştirak etməyib.

2013-cü il iyunun 14-də qatıldığı radio proqramında "Artıq heç nə əvvəlki kimi olmayacaq. Oğrular, əxlaqsızlar, türk futbolundan öz mənafeyi üçün istifadə edənlər cavab verməli olacaqlar. Əsgər ocağı peyğəmbər ocağıdır. Biz bu cür gördük, böyüdük. Ancaq fərarilər, yararsız insanlar Türkiyə futboluna əxlaq dərsi verirlər. Müdafiə haqdır, ancaq haqlı olduğunuz təqdirdə müdafiə olunarsınız. Artıq bizim əyləşdiyimiz heç bir masada əxlaqsızlar olmayacaq" - İ.Hacıosmanoğlu bildirib.

Anadolu Ədalət Sarayının 62-ci Asliyə Cəza Məhkəməsində keçirilən prosesdə Ə.Yıldırımın vəkili Əbdürrəhim Erol təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə vəkilin tələbini qəbul edərək prosesi növbəti dəfə yarıda saxlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi