"Trabzonspor" klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

"Trabzonspor" klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb Tibbi müayinədən uğurla keçən 20 yaşlı hücumçu 4 illik anlaşmaya imza atıb
Futbol
12 İyul , 2016 12:36
Trabzonspor klubu azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 12 iyul. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubu əslən azərbaycanlı futbolçu Ramil Şeydayevlə müqavilə bağlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edən hücumçunun transferi havayı başa gəlib.

Səbəb Şeydayevin sonuncu klubu "Zenit"dən azad agent statusu ilə ayrılmasıdır. "Bordo-mavililər" tibbi müayinədən uğurla keçən 20 yaşlı forvardla 4 illik müqavilə imzalayıb. Ona bu müddətdə üst-üstə 1 milyon 630 min avro ödəniləcək. O, komandanın Slovakiyadakı təlim-məşq toplanışına yollanıb.

Qeyd edək ki, hazırda Ramil Şeydayevin Azərbaycan millisində də çıxışı gündəmdədir. Hətta Şeydayevin bu məqsədlə Bakıda olduğu və AFFA rəhbərliyi ilə görüşdüyü bildirilir. 

Son xəbərlər

Orphus sistemi