"Trabzonspor" futbolçularına bir aylıq icazə verdi

"Trabzonspor" futbolçularına bir aylıq icazə verdi Türkiyənin Trabzonspor klubu koronavirus pandemiyasına görə yaranmış fasilə səbəbindən futbolçularına mayın 2-dək icazə verib.
Futbol
6 Aprel , 2020 19:14
Trabzonspor futbolçularına bir aylıq icazə verdi

Türkiyənin "Trabzonspor" klubu koronavirus pandemiyasına görə yaranmış fasilə səbəbindən futbolçularına mayın 2-dək icazə verib.

"Report" Qara Dəniz təmsilçisinin saytına istinadən xəbər verir ki, komandanın norveçli hücumçusu Aleksander Sörlot yerli hökumət tərəfindən göndərilən xüsusi təyyarə ilə ölkəsinə qayıdıb.

Qapıçı Erce Kardeşler isə Trabzon valiliyindən verilən icazə ilə şəhərdən ayrılıb.

Oyunçuların aprelin 15-20-də Trabzona qayıdacağı və öz evlərində iki həftəlik karantin müddəti keçəcəkləri bildirilib.

Komanda üzvlərinin mayın 2-də "Trabzonspor"un bazasında bir araya gəlib məşqləri bərpa edəcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi