"Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb

"Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb Azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakimi Volkan Bayarslana zərbə endirib
Futbol
25 Aprel , 2016 05:05
Trabzonspor - Fənərbaxça oyunu yarımçıq dayandırılıb

Bakı. 25 aprel. REPORT.AZ/Türkiyə Super Liqasının 30-cu turu çərçivəsində  "Trabzonspor" və "Fənərbaxça" klubları arasında keçirilən oyun yarımçıq dayandırılıb.

"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, matçın dayandırılmasına səbəb azarkeşlərinin etdikləri hərəkətlər olub.

Oyunda sevimli komandalarının 0-4 geridə olmasını həzm edə bilməyən trabzonlu azarkeşlər tribunalardakı oturacaqları və başqa yad cisimləri meydana atmağa başlayıblar. Bu vaxt oyun qısa müddətə dayandırılsa da, sonradan davam etdirilib.

Ancaq bir neçə dəqiqə sonra yerli azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakimi Volkan Bayarslana zərbə endirib. Azarkeş yerə yıxılmış hakimi təpikləməyə başlayıb.

Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən oyunun baş hakimi Bülənt Yıldırım qarşılaşmanı yarımçıq dayandırıb və hər iki komanda soyunub-geyinmə otağına yollanıb.

Son xəbərlər

Orphus sistemi